...

Kanadada uşaq bağçalarında 310 nəfər bağırsaq infeksiyasına yoluxub

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 06:35 (UTC +04:00)
Kanadada uşaq bağçalarında 310 nəfər bağırsaq infeksiyasına yoluxub

Bakı. Trend:

Kanadanın Kalqari şəhərində uşaq bağçalarında baş verən bağırsaq infeksiyası nəticəsində 300-dən çox insan xəstələnib.

Trend-in məlumatına görə, bu barədə "CBC" televiziya kanalı xəbər verib.

Alberta vilayətinin Səhiyyə Nazirliyinin məlumatına əsasən, söhbət bağırsaq infeksiyasından gedir, onun törədicisi enterohemorragik "Escherichia coli E" bağırsaq çöpu olub. Artıq uşaqlar da daxil olmaqla 310 hadisə qeydə alınıb. 20-si uşaq olmaqla 21 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, ilk yoluxma hall iki həftə əvvəl qeydə alınıb və son günlər yoluxanların sayında kəskin artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti