Bakı. Trend:
İran ilə Türkiyə arasında əldə edilən razılaşma əsasında 6 məhbus dəyişdirilib.
Trend xəbər verir ki, bu barədə İran ədliyyə nazirinin insan hüquqları və beynəlxalq məsələlər üzrə köməkçisi Əsgər Cəlalian məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyədən 3 iranlı, İrandan isə 3 türkiyəli ölkələrinə geri qaytarılıb