...

Dağıstanda dronların istifadəsinə qadağa qoyulub

Dünya xəbərləri Materials 28 Sentyabr 2023 05:34 (UTC +04:00)
Dağıstanda dronların istifadəsinə qadağa qoyulub

Bakı. Trend:

Dağıstanda ictimai təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatlarından istifadəyə qadağa qoyulub.

Trend xəbər verir ki, dronlardan federal hökumət orqanları, dövlət orqanları, yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan təşkilatlar tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində istifadə mümkün olacaq.

Bundan başqa, dövlət müdafiə sifarişlərini yerinə yetirən təşkilatlar, federal hökumət orqanları, respublikanın dövlət orqanları, rayon bələdiyyələrinin yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan təşkilatlarla bağlanmış müqavilələr əsasında digər təşkilatlar və fiziki şəxslər də pilotsuz uçuş aparatlarından istifadə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti