Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ermənistana 25 milyon avro yardım ayıracaq.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen məlumat verib.
O, Avropa Komissiyasının Ermənistan üçün 5,2 milyon avro ayırdığını və bu məbləği ikiqat artıraraq 10,2 milyon avroya çatdıracaqlarını bildirib.
Bundan başqa, Ursula Fon der Lyayen Ermənistanın büdcəsi üçün əlavə olaraq 15 milyon avro ayıracaqlarını bildirib.