Bakı. Trend:
Qəzza zolağında 400-dən çox HƏMAS yaraqlısı zərərsizləşdirilib, onlarla terrorçu əsir götürülüb.
Trend xəbər verir ki, bu barədə İsrail Ordusunun nümayəndəsi bildirib.
İsrail aviasiyası Qəzza zolağında HƏMAS radikal qruplaşmasının “kəşfiyyat bölməsinin rəhbəri”nə məxsus binalar kompleksinə zərbə endirib.
Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza
bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra
döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan
başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan
hərbçilərin kütləvi çağırışını elan edib.