...

Böyük Britaniya Qlobal Süni İntellekt sammitinə ev sahibliyi edir

Dünya xəbərləri Materials 1 Noyabr 2023 14:47 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada Qlobal Süni İntellekt sammiti keçirilir.

Trend xarici mediaya istinadən xəbər verir ki, 1-2 noyabr tarixlərində keçiriləcək sammitdə bir sıra siyasətçi və texnologiya üzrə liderlər iştirak edərək, cəmiyyəti dəyişən texnologiyalara mümkün reaksiyaları müzakirə edəcəklər.

Sammitdə Böyük Britaniyanın baş naziri Rişi Sunak, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak edəcəyi bildirilib.

Qeyd olunub ki, aparıcı süni intellekt (artificial intelligence - AI) vasitələrinin təsirləri ilə bağlı artan narahatlıqların müzakirəsi konfransın əsas mövzusunu təşkil edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti