...

Aİ Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir

Dünya xəbərləri Materials 2 Noyabr 2023 08:01 (UTC +04:00)
Aİ Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya təbii qazının idxalını 40-45 milyard kubmetrə endirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ-Aİ işçi qrupunun enerji təhlükəsizliyi üzrə növbəti görüşünün yekunları ilə bağlı yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaqla, neft idxalını 90 faiz azaltmaqla və qaz idxalını 155 milyard kubmetrdən təqribən 80 milyard kubmetrə endirməklə, Rusiya yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb. 2023-cü ildə təbii qaz idxalının 40-45 milyard kubmetrə qədər azaldılması nəzərdə tutulur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti