...

TSK Qəzzada humanitar yardım və təxliyəyə hazırdır - Türkiyə MN

Dünya xəbərləri Materials 2 Noyabr 2023 13:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri veriləcək tapşırıqlara uyğun olaraq Qəzzada həm humanitar yardım, həm də təxliyədə iştirak etməyə hazırdır.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri tapşırıqlara uyğun olaraq həm humanitar yardım, həm də təxliyədə iştirak etməyə hazırdır. Türkiyə MN, TSK-nın həm təxliyə, həm də sağlamlıq dəstəyi sahəsindəki təcrübəsinə diqqət çəkərək, yardım işlərinin aparılmasında ən mühüm elementin bölgədəki mühitin uyğunluğu olduğunu qeyd edib",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

İsrailin Qəzzaya hücumları nəticəsində 3 min 542-si uşaq olmaqla 8 min 796 nəfər həyatını itirib.

Xəbər lenti

Xəbər lenti