...

Pakistanda Hərbi Hava Qüvvələri bazasına hücum oldu - 3 terrorçu məhv edildi

Dünya xəbərləri Materials 4 Noyabr 2023 10:41 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın Pəncab əyalətində Hərbi Hava Qüvvələri bazasına hücum olub.

Trend xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Məlumata görə, hücum edən 3 nəfər terrorçu bazaya daxil olmazdan əvvəl zərərsizləşdirilib. Digər 3 nəfər isə silahlı qüvvələrin əməkdaşlarının çevik və səmərəli cavab tədbirləri nəticəsində saxlanılıb.

Hücum zamanı üç təyyarənin və yanacaq daşıyan maşının zərər gördüyü deyilir.

Müdafiə nazirliyinin bəyanatında qeyd olunduğuna görə, bölgəninin tamamilə təmizlənməsi üçün hazırda ərazinin minalardan təmizlənməsi üzrə hərtərəfli birgə əməliyyatlar aparılır. Təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında həlak olanlara dair məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti