...

ABŞ və Qətər İsraillə Qəzza zolağında humanitar fasilə elan edilməsini müzakirə edir

Dünya xəbərləri Materials 8 Noyabr 2023 23:20 (UTC +04:00)
ABŞ və Qətər İsraillə Qəzza zolağında humanitar fasilə elan edilməsini müzakirə edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Qətər Qəzza zolağına yardımın çatdırılmasını və bəzi girovların azad edilməsini təmin etmək üçün üç günə qədər humanitar fasilə elan etmək ehtimalı barədə İsraillə danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə iki diplomata istinadən "NBC News" telekanalı bildirib.

Qətər vasitəçi kimi çıxış edir və bir neçə həftədir ki, HƏMAS ilə humanitar fasilə ilə bağlı danışıqlar aparır. Qeyd olunub ki, İsrail atəşkəslə razılaşmadan əvvəl bütün HƏMAS girovlarının azad edilməsi şərtini irəli sürüb. Bununla belə, ərəb rəsmiləri ümidvar olduqlarını bildiriblər ki, kompromis əldə oluna və hələ də razılıq əldə oluna bilər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti