...

Qızılca xəstəliyinə görə məktəblər BAĞLANDI - Distant təhsilə KEÇİLDİ

Dünya xəbərləri Materials 16 Noyabr 2023 23:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Nijnevartovsk vilayətində qızılca xəstəliyinin yayılması ilə əlaqədar şəhər məktəblərindən birində şagirdlərin bir qismi distant təhsilə keçirilib.

Trend xəbər verir ki, valideynlər bildirib ki, dekabrın 2-dək uşaqlar evdən təhsil alacaqlar.

Xatırladaq ki, Azərbaycanda da qızılcaya yoluxma halları məktəblilər arasında son zamanlar sürətli hal almaqdadır. Səhiyyə Nazirliyi 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılmasının müşahidə olunduğunu bildirib.

Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeydə alınıb.

Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti