...

Moskvada naməlum şəxslər iki nəfərə atəş açıb, böyük məbləğdə pul oğurlayıblar

Dünya xəbərləri Materials 17 Noyabr 2023 23:30 (UTC +04:00)
Moskvada naməlum şəxslər iki nəfərə atəş açıb, böyük məbləğdə pul oğurlayıblar

Bakı. Trend:

Moskvanın mərkəzində naməlum şəxslər iki nəfərə atəş açıb, onlardan pul olan çantanı oğurlayaraq qaçıblar. Hadisə nəticəsində bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər Baş İdarəsinin mətbuat xidməti bildirib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, soyğunçuluq kuryerlərə qarşı törədilib.

İlkin məlumata görə, oğurlanmış çantada 300 milyon rubl (5,6 milyon manat) olub.

“Bankın yaxınlığında silahlı hücumdan sonra kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti