...

Cənubi Koreya it ətinin yeyilməsini qadağan edən qanunu qəbul etməyə hazırlaşır

Dünya xəbərləri Materials 18 Noyabr 2023 04:43 (UTC +04:00)
Cənubi Koreya it ətinin yeyilməsini qadağan edən qanunu qəbul etməyə hazırlaşır

Bakı. Trend:

Cənubi Koreya qədim ənənə ilə bağlı mübahisələrə birdəfəlik son qoymaq üçün it ətinin yeyilməsini qadağan etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə hakim partiyanın rəhbəri Yu Yuy Don bildirib.

“İt ətinin yeyilməsi ilə bağlı yaranmış sosial ziddiyyətlərə və münaqişələrə son qoymaq üçün xüsusi qanunun qəbul edilməsinin vaxtı çatıb” – deyə o, dövlət məmurları və heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan fəallarla görüşündə qeyd edib.

Ölkənin kənd təsərrüfatı naziri Çon Xvan Qın isə bildirib ki, hökumət qadağanı ən qısa vaxtda tətbiq edəcək, lakin bu zaman it ətinin istehsalı biznesi ilə məşğul olanlara lazımi dəstək göstəriləcək. Çünki onlar öz müəssisələrini bağlamaq məcburiyyətində qalacaqlar. Təklif edilən qadağa müəssisələrin bu biznesdən imtina etmələri üçün üç illik güzəşt müddətini və maliyyə dəstəyini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti