Bakı. Trend:
"Türk Hava Yolları" bu axşam İstanbul Hava Limanından planlaşdırılan 56 uçuş reysini təxirə salıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə "Türk Hava Yolları"nın mətbuat müşaviri Yəhya Üstün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, uçuş reysləri əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.