...

İl sonuna qədər İsveçin NATO-ya üzvlüyü təsdiqlənə bilər - Hakan Fidan

Dünya xəbərləri Materials 29 Noyabr 2023 12:21 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin sonuna qədər Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyə bilər.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, NATO-nun baş katibi Yens Stoltenberqlə danışığı zamanı deyib.

"Problemin həlli üçün çox çalışırıq və İsveçin NATO-ya üzvlüyü haqqındakı sənəd, il sonuna qədər ratifikasiya edilə bilər",- deyə Hakan Fidan bildirib.

Qeyd edək ki, 16 noyabr tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan İsveçin NATO-ya üzvlük ilə bağlı danışıqların təxirə salınması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti