...

Moskva İrəvanı müttəfiqi hesab edir

Dünya xəbərləri Materials 30 Noyabr 2023 13:46 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskva İrəvanı müttəfiqi hesab edir və onunla dost əlaqələrini inkişaf etdirməyi planlaşdırır.

Trend Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Kreml nümayəndəsi Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üzrə əməkdaşlıq proqramı imzalamasına münasibət bildirib.

"Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var. Şübhəsiz, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir. Müttəfiqlik əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik", - o deyib.

Xatırladaq ki, ötən gün Londonda Ermənistan və Böyük Britaniyanın Müdafiə Nazirliklərinin nümayəndə heyətləri görüşüb. Görüşdə iki ölkənin Müdafiə Nazirliyi arasında 2023-2024-cü illər üzrə əməkdaşlıq proqramı imzalanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti