Bakı. Trend:
Böyük Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərində yerləşdiriləcək.
Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “Trent” patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi kimi Cənubi Amerikaya göndəriləcək.
Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış “Trent” əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir.
“Trent”in heyəti 65 nəfərdən ibarətdir. Gəminin göyərtəsinə helikopter də enə bilir.