Bakı. Trend:
Moskvada fişənglə oynayan 9-cu sinif şagirdi yaralanıb.
Trend bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.
Məlumata görə, hadisə məktəblinin dostları ilə gəzməyə çıxan zaman baş verib. Məktəblilər fişəng buraxmaq qərarına gəliblər və bu zaman pirotexniki vasitə onlardan birinin yanında partlayıb. Nəticədə məktəblinin yanağı parçalanıb.
Yaralanan məktəblini təcili xəstəxanaya çatdırıblar.