...

Ermənistanda Seyran Ohanyanın əli ilə qanunsuz yolla satılmış hərbi hissənin ərazisi dövlətə qaytarılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2023 16:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda 2009-cu ildə qanunsuz yolla satılmış "Erasx 2" hərbi hissəsinin ərazisi dövlətə qaytarılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan nazirlər kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, Armaş kəndində yerləşən ərazi əvvəllər Müdafiə Nazirliyinin balansına daxil olub, lakin 2009-cu ildə Müdafiə Nazirliyinin Əsaslı Tikinti və Qoşunların Yerləşdirilməsi İdarəsinin rəisi Armen Qevorkyanla əlaqəli olan Norayr Karapetyan adlı vətəndaşa satılıb.

Ərazi və binanın təqribən 19 min dollar dəyərində qiymətləndirildiyi, lakin üçqat ucuz qiymətə - 6 min dollara satıldığı qeyd olunub.

Baş prokuror qanunsuz satışla bağlı o zamankı müdafiə naziri, hazırki deputat Seyran Ohanyana qarşı cinayət işinin davam etdiyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti