Bakı. Trend:
"Google" şirkəti "Google Chrome" brauzerinin istifadəçiləri haqqında gizli məlumat topladığına görə 5 milyard dollar ödəməli olacaq.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İddiaçıların şikayətinə görə, hətta istifadəçilər "Google Chrome" brauzerini gizli "incognito" rejiminə keçirəndə belə, tətbiq "Google" şirkətinin istifadəçilərin aktivliyini izləməsinə imkan verib.
Qeyd edək ki, "Google" şirkətinə qarşı iddia 2020-ci ildə ABŞ-nin Kaliforniya ştatında irəli sürülüb. Şirkətin xidmətlərindən itifadə edən milyonlarla istifadəçinin hər biri gizlilik hüquqlarının pozulmasına görə "Google"dan ən azı 5 min dollar təzminat tələb edir.