...

Braziliya "OPEC+" ilə əməkdaşlığa qoşulub

Dünya xəbərləri Materials 1 Yanvar 2024 07:19 (UTC +04:00)
Braziliya "OPEC+" ilə əməkdaşlığa qoşulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya 2024-cü ilin yanvarından "OPEC+" Əməkdaşlıq Xartiyasına qoşulacaq.

Trend-in məlumatına görə, eyni zamanda, ölkə hələlik alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək niyyətində deyil.

"OPEC+" təşkilatının yeni üzv qəbul edəcəyi faktı alyansın 2023-cü il noyabrın 30-da keçirilən iclasından sonra məlum olub. Yekun kommunike qeyd olunub ki, yanvar ayından Braziliya "OPEC+" Əməkdaşlıq Xartiyasına qoşulur.

Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, bu niyyətləri "OPEC+" onlayn iclasında iştirak edən Braziliyanın dağ-mədən və energetika naziri Aleksandr Silveyra de Oliveyra da təsdiqləyib.

Bununla belə, Braziliyanın neft sənayesinin nümayəndələri, eləcə də ölkə prezidenti Luiz İnasio Lula da Silva bəyan ediblər ki, Braziliya hələlik təşkilata tamhüquqlu üzv olmaq və neft hasilatını azaltmaq üçün sazişə qoşulmağı planlaşdırmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti