...

ABŞ qeyri-qanuni miqrant axınının mütləq rekord həddə çatdığını bildirib

Dünya xəbərləri Materials 4 Yanvar 2024 06:40 (UTC +04:00)
ABŞ qeyri-qanuni miqrant axınının mütləq rekord həddə çatdığını bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikadan ABŞ-a gələn qeyri-qanuni mühacirlərin sayı ilk qış ayında 300 min nəfəri keçib.

Trend "Fox News"- a istinadən xəbər verir ki, bu rəqəm mütləq tarixi rekorddur.

Departament aydınlaşdırıb ki, bu, statistika aparıldıqdan sonra bir ay ərzində qeydə alınan qeyri-qanuni mühacirlərin maksimum sayıdır.

2023-cü ilin oktyabr ayının əvvəlindən dekabrın sonuna kimi qeyri-leqal miqrantların sayı 785 min nəfəri ötüb ki, bu da belə bir müddət üçün rekorddur.

Dekabrın sonunda Meksika ilə həmsərhəd Texas ştatının qubernatoru Qreq Ebbot Ağ Evin rəhbəri Co Baydeni ölkəni qanunsuz miqrantlarla dolduraraq ABŞ-ı məhv etməkdə ittiham edib.

Bundan əvvəl dövlət katibi Antoni Blinken Mexikoda Meksika prezidenti Andres Manuel Lopez Obradorla görüşüb. Tərəflər ABŞ-Meksika sərhədindəki vəziyyəti və ABŞ-a qanunsuz miqrasiyanı müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti