...

İsveçrədə sülh konfransı keçiriləcək

Dünya xəbərləri Materials 16 Yanvar 2024 15:22 (UTC +04:00)
İsveçrədə sülh konfransı keçiriləcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrədən yüksək səviyyədə sülh konfransı keçirməsini xahiş edib və Bern buna müsbət cavab verib.

Trend xəbər verir ki, bu barədə İsveçrə prezidenti Viola Amherd ölkədə səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında məlumat verib.

"Cənab Zelenski İsveçrədən yüksək səviyyədə sülh sammiti təşkil etməyi xahiş etdi və mən konfransı təşkil etməyə hazır olduğumuzu təsdiqlədim", - o deyib.

O, sülh prosesinin uğurlu olması üçün konfransın təşkili ilə bağlı təfərrüatın öyrəniləcəyini bildirib.

Qeyd edək ki, Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə səfər edib. Yanvarın 16-da onun Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti