...

Si Cinpin ÇXR-in texnoloji müstəqilliyini təmin etmək üçün göstərişlər verib

Dünya xəbərləri Materials 20 Yanvar 2024 23:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Çin ölkənin yüksək keyfiyyətli inkişafı üçün zəruri olan elmi və texnoloji müstəqilliyin əldə edilməsini sürətləndirməlidir.", - deyə Pekində Milli Mühəndislik Mükafatının laureatlarını təltif edən Çinin sədri Si Cinpin qaliblərə müraciət edib.

Trend xəbər verir ki, qaliblər qarşısında çıxış edən Çin lideri ümid etdiyini bildirib ki, texniki mütəxəssislər əsas texnoloji sahələrdə irəliləyişlər yarada biləcəklər. Dövlət başçısı yüksək keyfiyyətli layihələrin həyata keçirilməsini, yeni məhsuldar qüvvələrin inkişafını mühəndislər üçün mühüm sahə adlandırıb.

Çində elmi-texniki mütəxəssislərin fəaliyyəti üçün prioritet ölkənin elm və texnologiya sahəsində müstəqillik əldə etməsini təşviq etmək, eləcə də ölkənin innovativ gücünü təmin etməkdir. Bununla da ÇXR-in yüksək keyfiyyətli inkişafı üçün lazımi şəraitin yaradılacağını dövlət başçısı qeyd edib.

O, həmçinin bildirib ki, Çində elmi-texniki proses resursların səfərbər edilməsinə, istedadların yetişdirilməsinin xüsusi roluna, eləcə də əməkdaşlığa açıqlığa əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti