...

Ukraynanın Braziliyadakı səfiri Şolza Putinlə görüşməyini təklif edib

Dünya xəbərləri Materials 5 Fevral 2024 01:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər və onu Ukraynaya qarşı müharibəyə son qoymağa razı sala bilər.

Trend xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik şənbə günü, fevralın 3-də Almaniyanın n-tv telekanalına müsahibəsində bildirib.

Jurnalistin Şolzun belə bir görüş keçirməli olub-olmaması ilə bağlı sualına hazırda Ukraynanın Braziliyadakı səfiri vəzifəsini tutan Melnik belə cavab verib: “Cənab Şolz niyə Putinlə görüşməsin? Axı bunun üçün onu Almaniyaya pivəyə dəvət etmək və ya özünüz Moskvaya uçmaq lazım deyil. Hətta Soyuq Müharibə dövründə, məsələn, İslandiyada bağlı qapılar arxasında açıq şəkildə danışdıqları görüşlər olurdu. Biz Putinin başa düşə biləcəyi inandırıcı arqumentlər tapmalıyıq, hətta onlar çılğın səslənsə də".

"Düşünürəm ki, Putin rasional insan olaraq qalır. Bəlkə də elə məqamlar var ki, hərbi təzyiqlərin artması ilə paralel olaraq müharibəni dərhal bitirməyin daha yaxşı olduğunu düşünməyə vadar edəcək. Hər halda o, Rusiya cəmiyyətinə ən ağır məğlubiyyəti belə qələbə kimi təqdim etməyə qadirdir ”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti