Bakı. Trend:
Avropa İttifaqı ABŞ-nin yardımı olmadan özünü müdafiə edə bilməz. NATO-da ABŞ-nin potensialını əvəz etmək üçün isə avropalılara onilliklər və milyardlarla investisiya lazımdır.
Trend xəbər verir ki, bu barədə "Politico" qəzetinin müxbiri Mettyu Karniçniq yazıb.
"Avropalılar ümumiyyətlə Vaşinqtonun rəhbər əli olmadan birləşə və özlərini müdafiə edə biləcəklər? Tarix göstərir ki, onlar sadəcə əvvəlki vəziyyətlərinə qayıdacaq və xaosa qərq olacaqlar", - müəllif yazır.
Karniçniqin sözlərinə görə, 2020-ci ildə ABŞ-də prezident seçkilərində Donald Trampın məğlubiyyətindən sonra avropalılar üçün hər şey əvvəlki kimi olub. Co Bayden isə Trampın NATO-ya vurduğu zərəri aradan qaldırmağa çalışaraq avropalıların komfort zonalarına qayıtmasına imkan verib.