...

Yunanıstan və Polşa baş nazirləri Avropa Komissiyasının rəhbərini dəstəkləyiblər

Dünya xəbərləri Materials 20 Fevral 2024 00:52 (UTC +04:00)
Yunanıstan və Polşa baş nazirləri Avropa Komissiyasının rəhbərini dəstəkləyiblər

Bakı. Trend:

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Polşanın baş naziri Donald Tusk Ursula fon der Lyayenin yenidən Avropa Komissiyasının sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə dəstək məktubu imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə "ERT-news" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, sağ mərkəzçi Yeni Demokratiya Partiyasının sədri olan K.Mitsotakis və Polşanın "Vətəndaş Platforması"nın rəhbəri D.Tusk məktubu Avropa Xalq Partiyası (AXP) adından imzalayıblar.

K.Mitsotakis özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, o və D.Tusk "fon der Leyeni Avropa Komissiyasının sədrliyinə AXP-nin əsas namizədi kimi təklif etmək şərəfinə malikdirlər"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti