...

Slovakiyada etiraz aksiyalarında 300-dən çox fermer iştirak edib

Dünya xəbərləri Materials 20 Fevral 2024 03:36 (UTC +04:00)
Slovakiyada etiraz aksiyalarında 300-dən çox fermer iştirak edib

Bakı. Trend:

Slovakiyada keçirilən etiraz aksiyalarında 300-dən çox fermer iştirak edib.

Trend-in məlumatına görə, bu barədə "TARS" agentliyi xəbər verib.

"Etirazın məqsədi Slovakiyada fermerlərin kritik vəziyyətini işıqlandırmaqdır" - deyə ölkənin Torpaq Sahibləri və Kənd Təsərrüfatı Sahibkarları Assosiasiyasının sədri Yan Elen bildirib.

Onun sözlərinə görə, malların alış qiymətləri aşağı olub və onlar haqqları olduğu birbaşa ödənişləri almayıblar.

Fermerlər, həmçinin Slovakiya Torpaq Fondundan torpaq icarəyə götürərkən inzibati yükün azaldılmasını və ayrı-seçkiliyin aradan qaldırılmasını xahiş edirlər.

Slovakiyada etirazların fevralın 22-də də keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti