...

Culian Assanj ABŞ-yə ekstradisiya olunacaq?

Dünya xəbərləri Materials 20 Fevral 2024 13:42 (UTC +04:00)
Culian Assanj ABŞ-yə ekstradisiya olunacaq?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

London Ali Məhkəməsi “Wikileaks“ portalının qurucusu Culian Assanjın işi ilə bağlı qərar verib.

Trend “Welt” qəzetinə istinadla xəbər verir ki, Culian Assanj bu gündən etibarən London Ali Məhkəməsində ABŞ-yə ekstradisiyasına qarşı özünü müdafiə etmək hüququ qazanıb.

O, artıq dörd ildir ki, Böyük Britaniya paytaxtında ciddi rejimli həbsxanada saxlanılır. Ali Məhkəmə sabaha qədər Culian Assanjın Britaniya hökumətinin ekstradisiya qərarına qarşı şikayətinin olub-olmadığına dair fikrini öyrənməlidir. Belə olan halda o, yalnız Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti