...

Türkiyə ilə Albaniya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatacaq - Ərdoğan

Dünya xəbərləri Materials 21 Fevral 2024 06:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Albaniyanın Baş naziri Edi Rama Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının birinci iclası, eləcə də iki ölkə arasında sazişlərin imzalanması mərasimi başa çatdıqdan sonra birgə mətbuat konfransı keçiriblər.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

“Biz ticarət dövriyyəmizi 2 milyard dollara çatdırmaq niyyətindəyik. İnanıram ki, özəl sektorumuzun səyləri nəticəsində qısa zamanda bu rəqəmə çatacağıq”, - deyə Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə 3,5 milyard dollar investisiya ilə Albaniyada ilk beş xarici investordan biridir. 600-dən çox türk şirkəti 15 mindən çox Albaniya vətəndaşını işlə təmin edir və ölkə iqtisadiyyatına dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti