...

Sakit okeanda 6,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 Fevral 2024 07:49 (UTC +04:00)
Sakit okeanda 6,3 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Sakit okeanda Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Çilinin Anqa-Roa şəhərindən 896 km cənubda olub. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti