...

ABŞ husilərin yeddi qanadlı raketini vurdu

Dünya xəbərləri Materials 24 Fevral 2024 12:49 (UTC +04:00)
ABŞ husilərin yeddi qanadlı raketini vurdu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 23-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə yeddi ədəd qanadlı raketini vurmağa müvəffəq olub.

Trend ABŞ Mərkəzi Komandanlığının məlumatına istinadən xəbər verir ki, həmin raketlər Qırmızı dənizə doğru atılmağa hazır idi və “özünümüdafiə üçün” vurulub.

Mərkəzi Komandanlıq raketlərin Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkarlandığını, bölgədəki ticarət və hərbi gəmilər üçün təhlükə yaratdığını iddia edib.

Qəzza sektorunda döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər.

Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti