Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron evtanaziyaya icazə verən qanun layihəsini anons edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, qanun layihəsinin 8-9 gün ərzində Dövlət Şurasına təqdim olunacağını bildirib.
Sənədin aprel ayında Nazirlər Şurasına, may ayında ilk oxunuş üçün isə Milli Assambleyaya təqdim olunacağı qeyd edilib. Ümumilikdə qanun layihəsinin nəzərdən keçirilməsi 1 ildən çox çəkəcək.
Vurğulanıb ki, Fransa ictimaiyyətində qıcıq yaratmamaq üçün sənədin adında evtanaziya terminindən istifadə olunmayıb.
