...

Litva Rusiyadan idxal olunan taxıla nəzarəti gücləndirib

Dünya xəbərləri Materials 18 Mart 2024 16:30 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Litvada Rusiyadan idxal olunan taxıla nəzarət gücləndirilib.

Trend xəbər verir ki, bu barədə Litvanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Litvada qanunvericilik aktlarında martın 18-dən qüvvəyə minən dəyişikliklərə əsasən, "yüksək riskli" ölkələrdən idxal olunan bütün yem taxılı və ondan əldə olunan məhsullar yoxlanışdan keçiriləcək. Bunun üçün məhsulların gətirildiyi hər bir vaqondan və ya nəqliyyat vasitəsindən nümunələr götürüləcək.

Qeyd olunub ki, Litvaya idxal olunan taxılın keyfiyyətinə nəzarət ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə tədbirlərindən yalnız biridir. Belə ki, tezliklə tranzit yolu ilə Litva ərazisindən keçirilən taxılın mənşəyi yoxlanılacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti