...

"Telegram"da çoxlu sayda abunəçisi olan kanal sahibləri pul alacaq

Dünya xəbərləri Materials 1 Aprel 2024 06:16 (UTC +04:00)
"Telegram"da çoxlu sayda abunəçisi olan kanal sahibləri pul alacaq

Bakı. Trend:

"Telegram" monetizasiyaya başlayıb, auditoriyası 1 mindən çox olan kanalların müəllifləri reklam gəlirinin 50 faizini alacaq.

Trend-in məlumatına görə, bu barədə messenjerin saytında bildirilib.

"Bu gündən etibarən 1 min və ya daha çox abunəçisi olan ictimai kanalların sahibləri öz kanallarında göstərilən reklamdan əldə etdikləri gəlirin 50%-ni mükafat olaraq ala bilərlər", - deyə bildirilib.

Bildirilib ki, reklam üçün ödənişin təmin edilməsi və vəsaitlərin çıxarılması üçün şirkət TON blokçeynindən istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti