...

Baydenlə Trampın debatının yeri və vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 15 May 2024 20:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk üzbəüz debatın yeri və tarixi açıqlanıb.

Trend xəbər verir ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib.

Məlumata görə, debat telekanal vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün Co Bayden sosial media vasitəsilə müraciətində sabiq prezident Donald Trampı debata çağırıb. Tramp isə cavabında hazır olduğunu və bunu istədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti