Bakı. Trend:
2025-ci ildə NATO Sammiti Niderlandda keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.
"2025-ci il NATO Sammitinin 24-26 iyun tarixlərində Haaqadakı Ümumdünya Forumunda keçiriləcəyini bildirməkdən məmnunam. Biz bu görüşə ilk dəfə ev sahibliyi etməyə razılıq verdiyinə görə Niderlanda minnətdarıq. Niderland NATO-nun qurucu üzvüdür və Alyansın müdafiəsinə mühüm töhfələr verir. Sammitimizdə liderlər sürətlə dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq və Alyansımızı gücləndirməyə davam etmək üçün qərarlar qəbul edəcəklər. Biz birlikdə NATO-da daha güclü və təhlükəsizik”, - Stoltenberq deyib.