Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya geri çağırılmasını şərh edib.
Trend xəbər verir ki, "RIA Novosti"nin məlumatına görə, Lavrov açıqlamasında bildirib ki, səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə deyilir ki, mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.