Bakı. Trend:
Türkiyə 2024-cü il 21 iyun - 15 oktyabr tarixləri ərzində ölkəyə buğda idxalını dayandıracaq.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, məhsul yığımı dövründə tədarük sıxlığı səbəbindən istehsalçıların qiymətlərdəki ucuzlaşmanın təsirinə məruz qalmasının qarşısını almaq, ixrac üçün nəzərdə tutulan xammal tədarükünü yerli istehsalın hesabına qarşılamaq, eləcə də istehsalçıların xeyrinə bazar sabitliyini təmin etmək məqsədilə Ticarət Nazirliyi ilə birlikdə müəyyən tədbirlərinin görülməsi qərara alınıb.
Bildirilib ki, bazar şərtlərindən asılı olaraq məhdudiyyətlərin müddəti uzadıla bilər.