...

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

Dünya xəbərləri Materials 11 İyun 2024 14:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS ölkələri xarici siyasət idarələri başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, tərəflər Cənubi Qafqazda, Yaxın Şərqdə, həmçinin bəzi beynəlxalq platformalarda vəziyyəti müzakirə ediblər.

Nazirlər, həmçinin, ikitərəfli siyasi dialoq məsələləri və iqtisadi-ticari əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti