...

Rusiya XİN Fransanın Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı müqaviləsini şərh edib

Dünya xəbərləri Materials 19 İyun 2024 14:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir və bu numüxtəlif üsullarla edir.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Fransadan Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı müqaviləni şərh edərkən deyib.

"Bu da daha bir addımdır. Biz bu barədə demişdik və bunun bir daha təsdiqini görürsüz. Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də hansısa bir xalqın maraqlarını rəhbər tutur. Paris ölkə daxilində və ya ölkələr arasında mövcud ziddiyyətdən istifadə edərək öz konyuktur məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir. Öz konyuktur məqsədləri deyəndə, mən təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də NATO ideologiyasının daşıyıcısı kimi Fransanı nəzərdə tuturam. Məhz buna bu cür yanaşmaq lazımdır", - o deyib.

Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.

Ermənistan Fransa ilə "Caesar" özüyeriyən haubitsaların satın alınmasına dair müqavilə imzalayıb.

Xatırladaq ki, Papikyan bu ilin fevralında da Fransaya səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti