...

Finlandiya Rusiya ilə sərhədi açmağı planlaşdırmır

Dünya xəbərləri Materials 18 İyul 2024 14:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya hələ ki Rusiya ilə sərhəddi açmağı planlaşdırmır.

Trend xəbər verir ki, bu barədə "Yle" Finlandiyanın daxili işlər naziri Mari Rantanenə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya ilə sərhədin açılması məsələsi hələlik aktual deyil. Hökumət orqanları araşdırma aparacaq və vəziyyət hesab ediləndə sərhəd açılacaq.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Finlandiyanın Daxili İşlər Nazirliyi hökumətin hibrid xarakterli təhdidlərlə mübarizə məqsədilə Rusiya ilə sərhəd rayonalarda hasar tikmək planlaşdırdığını bildirib.

Finlandiya hökuməti Rusiya ilə sərhəddə hasarın tikintisini sürətləndirmək üçün bu il əlavə olaraq 74 milyon avro ayırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti