...

Rusiyada sanatoriyada kütləvi zəhərlənmə baş verib

Dünya xəbərləri Materials 22 İyul 2024 12:53 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətinin Salair şəhərində yerləşən "Magistral" sanatoriyasında biri yetkin şəxs, 39-u uşaq olmaqla 40 nəfər zəhərlənib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə ilə bağlı sanitar-epidemioloji araşdırma başladılıb. İlkin məlumatlara görə, zəhərlənməyə norovirus infeksiyası ilə yoluxma səbəb olub.

Uşaq düşərgəsinin məxsus olduğu Qərbi Sibir Dəmir Yolunun mətbuat xidmətindən bildiriblər ki, sanatoriya bu gün bağlanacaq.

Zərərçəkən uşaqlara lazımi yardım göstərilib və düşərgədə sanitariyia işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti