...

Rusiyalı terrorçu Türkiyədə saxlanıldı

Dünya xəbərləri Materials 24 İyul 2024 19:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada bombalı hücum həyata keçirən terrorçu Türkiyədə saxlanılıb.

Trend xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.

“Bu gün saat Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada bomba yüklü avtomobillə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkəmizə daxil olduğu müəyyən olunub.

Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib.

Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , - Yerlikaya bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada "Toyota Land Cruiser" markalı avtomobil partladılıb. Partladılan avtomobil Andrey Torqaşov adlı hərbçiyə məxsus olub.

Məlumata görə, partlayışa avtomobilə partlayıcı qurğunun yerləşdirilməsi səbəb olub. Hadisə baş verən zaman Torqaşov və həyat yoldaşı avtomobildə olublar.

Partlayış nəticəsində Torqaşov ayağını itirib, arvadı isə qəlpə yaraları alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti