Bakı.Trend:
Ermənistan sentyabrın 15-dən ehtiyatda olan hərbçilərini növbəti toplanışa çağırıb.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin iclasında verilib.
Ehtiyatda olan hərbçilər qrup şəklində çağırılıb-buraxılacaq. Onların hər biri 25 təqvim günündən çox olmayan müddətə toplanışa cəlb edilirlər.
Toplanış dekabrın 15-də tam başa çatacaq.