...

İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə sülhə nail olmaq mümkün deyil - XİN

Dünya xəbərləri Materials 2 Avqust 2024 18:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə Qəzzada sülhə nail olmaq mümkün deyil.

Trend xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Öncü Kecəli “X” hesabında ölkənin Təl-Əvivdəki səfirinin müavininin İsrail XİN-ə çağırılmasını şərh edərkən bildirib.

"Danışıqçıları öldürməklə və diplomatları hədələməklə sülhə nail olmaq mümkün deyil", - o qeyd edib.

Qeyd edək ki, Haniyənin qətli ilə əlaqədar Türkiyədə avqustun 2-də birgünlük matəm elan olunub.

Xatırladaq ki, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti