Bakı. Trend:
Somalinin cənubunda sərnişin daşıyan mikroavtobus kamikadze-terrorçu tərəfindən partladılıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
İlkin məlumat görə, çoxlu sayda ölənlər var.
Qeyd edək ki, b u yaxınlarda Somalinin paytaxtı Moqadişoda Beachview hotelinin yaxınlığında terror aktı törədib. Nəticədə 30-dan çox insan həlak olub, 60-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.