Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin son təxliyə əmrindən sonra minlərlə fələstinlinin Qəzzanın qərbinə qaçdığını bildirib.
Trend xəbər verir ki, BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq mətbuat konfransında Qəzzada humanitar vəziyyətlə bağlı son hadisələri jurnalistlərlə bölüşüb.
"BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bildirir ki, bu sahədəki tərəfdaşlarımız minlərlə insanın qərbə, Əl Məvasiyə doğru qaçdığını müşahidə ediblər", - deyə o bildirib.
İsrail ordusunun bu gün səhər saatlarında yeni təxliyə əmri verdiyini xatırladan Haq, ilkin hesablamalara görə, 30-dan çox məhəllənin olduğu bölgədə 15 min 500-dən çox insanın zərər çəkdiyini bildirib.