...

Qırğızıstanda bu səbəbə görə cəza tətbiq edilə bilər

Dünya xəbərləri Materials 28 Avqust 2024 15:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi mediada, internetdə və sosial şəbəkələrdə feyk xəbərlərin və dezinformasiyanın yayılmasına görə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Hüquqpozmalar Məcəlləsinə dəyişiklik edilməsi barədə müvafiq qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Sənədə əsasən, ictimai maraqların müdafiəsini təmin etmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaq, informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Nazirlik Hüquqpozmalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrindən, internet saytından, internet səhifəsindən, sosial şəbəkələrdən istifadə etməklə yalan məlumatların yayılması” maddəsini əlavə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti