Bakı. Trend:
Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.
Region prokurorluğundan bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyi bildirilib.